İrana qarşı Bakıda aksiya keçiriləcək

Müsavat Partiyası noyabrın 15-də İranın Bakıdakı səfirliyi qarşısında aksiya keçirəcək.

Yenicag.az xəbər verir ki, bu barədə Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib.

Partiya başqanı qeyd edib ki, aksiya ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət edilib.

“Aksiyada İranın antiazərbaycan siyasəti və İranda dinc aksiyaçılara qarşı amansız davranışlara etiraz edilməsi nəzərdə tutulub”, – o bildirib.