İrana SƏRT XƏBƏRDARLIQ: “Əgər bunu etsəniz, arxanızca gələcəyik!” – VİDEO

Senator Lindsey Qraham İrana sərt mesaj göndərib.

Yenicag.az xəbər verir ki, bu barədə o, NBC News-a müsahibəsində deyib.

“Mənim mesajım budur: İranın müvəkkil qüvvəsi olan Hizbullah İsrailə qarşı böyük bir hücuma keçərsə, mən bunu İsrail Dövləti üçün ekzistensial təhlükə hesab edəcəm.

ABŞ Konqresinin Senatına qətnamə təqdim edəcəyəm. Bu da ABŞ-nin İranı neft biznesindən çıxarmaq üçün İsraillə birgə hərbi əməliyyatlar keçirməsinə icazə verəcək.

İran, əgər bu müharibəni qızışdırsanız, biz də sizin arxanızca gələcəyik”, – senator bildirib.

Xuraman Etibarlı