“Dronların və ballistik raketlərin istehsalına görə İrana zərbələr endirmək lazımdır”.
Yenicag.az xəbər verir ki, bunu Ukrayna Prezidentinin aparat rəhbərinin müşaviri Mixaylo Podolyak jurnalistlərə açıqlaması zamanı bildirib.
O qeyd edib ki, İranı dron tədarük etdiyinə görə cəzalandırmaq lazımdır:
“Yalnız sanksiya və ya embarqo tətbiq etmək lazım deyil. Zənnimcə, dronların və ballistik raketlərin istehsalına görə İrana konkret zərbələr endirmək olar. Belə bir dövlət cəzasız bunu davam etdirə bilməz”./Qafqazinfo/