İranda 36 nəfər saxta spirtli içkidən öldü

Ötən 1 sutka ərzində İranın cənub-qərbində yerləşən Xuzistan vilayətində 36 nəfər saxta spirtli içkilərdən istifadə etməsi nəticəsində ölüb.

Bu barədə IRNA informasiya agentliyinə istinadən məlumat verib. Bunu İranın Xuzistan vilayətinin Əhvaz Tibb Elmləri Universitetinin sözçüsü Əli Ehsanpur jurnalistlərə açıqlamasında deyib.

Ə.Ehsanpurun sözlərinə görə, saxta spirtli içkilərdən istifadə etməsi ilə əlaqədar 270 nəfər xəstəxanalara müraciət edib.

Ehsanpur əlavə edib ki, müraciət edənlərin 95%-i Əhvaz rayonuna aiddir. Pasiyentlərin 150 nəfəri müalicə olunaraq buraxılıb.

Qeyd edək ki, yeni koronavirusun müalicəsində spirtli içkilərdən istifadənin bu virusa qarşı faydalı olması şayiəsi yayılıb. İranın Xuzistan vilayətində ötən günədək (9 mart) 83 nəfərin bu virusa yoluxması və 18 nəfərin ölməsi təsdiqlənib.

Əlavə edək ki, İran Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi indiyədək (9 mart) 7 161 nəfərin yeni koronavirusa yoluxduğunu, 237 nəfərin öldüyünü və 2 394 nəfərin sağaldığını təsdiqləyib./Trend /