İranda 4,9 bal gücündə zəlzələ baş verdi

İranın Hörmüzqan vilayətinin Farəğan şəhərində 4,9 bal gücündə zəlzələ baş verib.

Yenicag.az xəbər verir ki, yeraltı təkanlar 23 km dərinlikdə baş tutub.

Zəlzələ Bəndər-Abbasda da hiss edilib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.