İranın qərbində 5.9 bal gücündə baş verən zəlzələ nəticəsində 25 nəfər xəsarət alıb.
Yenicag.az xəbər verir ki, bu barədə İranın Fövqəladə Hallar Təşkilatının sözçüsü Müctəba Xalidi açıqlamasında deyib.
Xalidi yaralıların xəstəxanalara yerləşdirildiyini bildirib.
Məlumata görə, zəlzələ nəticəsində 40-a yaxın kəndə ciddi ziyan dəyib.
Qeyd edək ki, bu gün Türkiyə-İran sərhədində, Xoy şəhəri yaxınlığında 5.9 bal gücündə zəlzələ baş verib.
Zəlzələ Türkiyənin Van şəhərində də tələfat və dağıntılara səbəb olub. Son məlumata görə, Vanda 8 nəfər həlak olub, 21 nəfər yaralanıb.