İranın cənubunda Hörmüzqan vilayətinin Qeşm adasının Laft liman şəhərində 4,4 bal gücündə zəlzələ baş verib.
Trend-in məlumatına görə, bunu vilayətin fövqəladə hallar idarəsinin baş direktoru Əlirza Səfa İsini deyib.
S.İsininin sözlərinə görə, zəlzələ nəticəsində indiyədək tələfatın olması haqda məlumat daxil olmayıb.
O əlavə edib ki, zəlzələ nəticəsində Laft limanının elektriki və telefonu kəsilib.
Zəlzələ Laft limanının 11 kilometrliyində qeydə alınıb.
Xatırladaq ki, 8 iyulda İranın cənub-qərbində Xuzistan vilayətində 5,7 bal gücündə baş verən zəlzələ nəticəsində 1 nəfər həlak olub, 112 nəfər yaralanıb.