İranda 6 mindən çox yeni yoluxma aşkarlandı

İranda son sutka ərzində 86 nəfər koronavirusdan ölüb.

Yenicag.az xəbər verir ki, bunu ölkənin Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, İranda indiyədək 56 803 nəfər pandemiyanın qurbanı olub.

Bundan əlavə, son sutkada 6016 nəfərdə koronavirusa yoluxma aşkarlanıb. Beləliklə, yoluxma faktlarının ümumi sayı 1 330 411-ə yüksəlib. İndiyə kimi 1 119 132 nəfərin xəstəlikdən sağaldığı qeyd olunub.