İranın cənubunda yerləşən Buşehr vilayətində 710 kiloqram tiryək aşkarlanıb.
Yenicag.az xəbər verir ki, bunu İranın Buşehr vilayəti hüquq-mühafizə idarəsinin rəisi Xəlil Vaezi deyib.
X.Vaezinin sözlərinə görə, narkotik vasitə dəniz vasitəsi ilə İrana gətirilib.
Polis rəisi əməliyyat nəticəsində bir nəfərin saxlanıldığını bildirib:
“Bundan əlavə ötən 10 gün ərzində vilayətdə 1 ton narkotik maddə aşkar edilib, 13 nəfər və 8 avtomobil saxlanılıb”./Trend/