!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranda atışma – 5 ölü

!Reklam – Yazi

İranda atışma baş verib, 5 nəfər ölüb, 4 nəfər yaralanıb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın mərkəzi əyalətinin polis rəisi Kiyumərs Əzizi deyib.
K. Əzizi bildirib ki, qanlı hadisə Ərak şəhərində baş verib: “Bu gün səhər polis mərkəzinə atışma ilə bağlı məlumat daxil oldu. Polislər hadisə yerinə göndərildi. Məlum oldu ki, iki silahlı şəxs Ərak şəhərində iki ayrı evə girərək içəridəki şəxslərə atəş açıblar. Hadisə nəticəsində ümumilikdə 5 nəfər ölüb, 4 nəfər yaralanıb”.

Polisin təxirəsalınmaz tədbirləri nəticəsində hadisəni törədənlərdən birinin izi tapılıb və o, yaxalanıb. Həbs olunan şəxs əvvəl məhkumluq yaşayıb və həbsdən yeni çıxıb. O, qətli qardaşının köməyi ilə törədib.

İlkin versiyaya görə, qətl qisas məqsədilə törədilib.

 

Yenicag.az

www.yenicag.az

595
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv