İranda Azərbaycana qarşı yeni təbliğat başladı – FOTO

İranda keçirilən məhərrəmlik və əzadarlıq mərasimlərindən Azərbaycan Respublikasına qarşı istifadə edilir.

Yenicag.az xəbər verir ki, mərasimlərdə Azərbaycan Respublikasının anti-islam ölkə olduğu təbliğ olunur.

Əzadarlıq mərasimlərindəki banner və plakatlarda “Azərbaycanda həbsdə olan 2000 mücahid şiənin xatirəsinə”, “Azərbaycan sionizmin işğalından azad olunsun” və başqa bu məzmunlu ifadələr əks olunub.