İranda azərbaycanlı qadın geyiminə görə həbs edildi

Sentyabrın 7-də Qəzvin şəhərində məcburi hicab qaydalarını pozduğuna görə azərbaycanlı qadın həbs edilib.

Yenicag.az xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi Qəzvin Prokurorluğuna istinadən məlumat yayıb.

Bildirilib ki, saxlanılan qadın Ərbəin günündə islami geyim qaydalarını pozduğuna görə cəzalandırılıb.

Prokurorluğun məlumatında saxlanılan şəxsin kimliyi barədə açıqlama verilməyib.