İranın cənub-qərbindəki iki şəhərdə anti-hökumət mitinqlərində baş verən iğtişaşlar nəticəsində ən azı 10 nəfər həlak olub, bir neçəsi yaralanıb.
Yenicag.az xarici KİV-inə istinadən xəbər verir ki, etirazçılar ərzaq və digər gündəlik tələb olunan ə.yaların qiymətlərinin aşağı salmasını tələb edirlər.
Bir neçə şəhərdə nümayişçilər ölkənin Ali Rəhbəri Əli Xameneyini nəzərdə tutaraq “diktatora ölüm” deyərək, həmçinin İran prezidenti Həsən Ruhani ilə bağlı şüarlar ataraq polis avtomobillərini və motosiklləri yandırırlar. Tehran və Abhara şəhərlərində etirazçılar Əli Xameneyi şəkli olan plakatları çıxarmağa başladılar.
Al Arabiya telekanalı xəbər verir ki, 1 yanvar gecəsi nümayişçilərin bir qrupu Ali Rəhbərin iqamətgahına keçməyə cəh göstəriblər.
Qeyd edək ki, kütləvi etirazlar dekabrın 28-də Məşhəd şəhərində başlamışdır.