İranda baş verən zəlzələ nəticəsində 1 nəfər ölüb, 34 nəfər xəsarət alıb

İranın şimal-şərqindəki Xorasan Rezavi əyalətində baş verən 6,1 bal gücündə zəlzələ nəticəsində 1 nəfər ölüb, 34 nəfər xəsarət alıb.

Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi xəbərə görə, yeraltı təkanlar aprelin 5-i, səhər saatlarında Məşhəd şəhərindən 94 km cənub-şərqdə qeydə alınıb. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.

Məlumata əsasən, aprelin 5-də axşam saatlarında Xorasan Rezavi əyalətində daha bir zəlzələ baş verib. Onun maqnitudası 4,7 bal olub.

Yeniçağ.Az