İranda baş vermiş təbii fəlakət nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb

İranın Şərqi Azərbaycan vilayətində güclü yağıntılar nəticəsində daşqın baş verib.

Yeniçağ.Az-ın məlumatına görə, baş vermiş daşqınlar nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb, 22 nəfər isə itkin düşmüş sayılır.

İtkin düşənlərin axtarışı davam etdirilir.

İran prezidenti Həsən Ruhani sel zamanı həlak olanların ailəsinə yardım göstəriləcəyini və tezliklə bərpa işlərinə başlanılacağını bildirib.

Qeyd edək ki, ölənlər Kirmanşah əyalətinin, Şərqi Azərbaycan əyalətinin Azərşəhr və Əcəbşir şəhərlərinin sakinidir.

Təbriz şəhərində də sel evlərə ziyan vurub.

Yeniçağ.Az

COP29