İranda Cənubi azərbaycanlı vəkil həbs edilib – FOTO

İranda Cənubi azərbaycanlı hüquqşünas və vəkil Məhəmmədrza Fəqihi həbs edilib.

“Azad İran” “Telegram” kanalı məlumat verir ki, o, oktyabrın 12-də Tehranda təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək naməlum istiqamətə aparılıb.

Fəqihinin Tehranda “etirazçıların hüquqlarının və İran Konstitusiyasının 27-ci maddəsinin pozulmasına” etiraz olaraq keçirilən aksiyada saxlanıldığı bildirilir.