İranda çərşənbə mərasimlərində yaralananların sayı 500 nəfəri ÖTDÜ – FOTO

İranda çərşənbə günü mərasimlərində yaralananların sayı 500 nəfəri keçib.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı “Tasnim” agentliyi yayıb.

Məlumatda bildirilir ki, Çaharşənbə-Suri bayramı münasibətilə keçirilən tədbirlər zamanı yaralananların sayı 500 nəfəri ötüb.

Xatırladaq ki, fevralın 20-dən martın 11-dək İranda Çaharşanbe-Suri bayramı ilə əlaqədar tədbirlər keçirilir.

Tədbirlərdə 12 nəfər ölüb, 500-dən çox insan yaralanıb.

Bayram şənlikləri zamanı xəsarət alanların təxminən 70%-i 18 yaşdan kiçik insanlardır.

Ümumi xəsarət alanlar – 509 nəfər olub. Amputasiya olunanlar – 39, göz zədəsi alanlar – 160 nəfərdir.

Xuraman Etibarlı

COP29