İranın 8 vilayətində çovğun fəsadlar yaradıb.
Yenicag.az-in məlumatına görə, Qərbi Azərbaycan, İlam, Çahar-Mahal və Bəxtiyari, Qəzvin, Gülüstan, Lorestan, Mərkəzi və Həmədan vilayətləri ilə əlaqə çətinləşib.
İranın Qırmızı Aypara Cəmiyyəti Yardım və Xilasetmə Təşkilatının sədri Murtaza Səliminin sözlərinə görə, həmin vilayətlərdə dağlıq ərazilərdə 668 nəfərə yardım edilib. Təşkilat sədri əlavə edib ki, həmçinin 2 nəfər tibb məntəqəsinə, 12 nəfər müvəqqəti sığınacağa yerləşdirilib.
Aramsız yağan qar yolları da bağlayıb. Məlumata görə, qarda qalan 102 avtomobil sahibinə yardım edilib.