İranda COVİD-19-a yoluxanların sayı 62 589 nəfərə çatdı

İranda daha 133 nəfər koronavirusdan həyatını itirib.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur məlumat verib.

Məlumata görə, daha 2 089 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 62 589 nəfərə çatıb. Ölənlərin sayı 3 872 nəfər, sağalananların isə 27 039 nəfərin olduğu açıqlanıb.

 

COP29