Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İranda daha 144 nəfər koronavirusdan öldü

İranda ötən sutka ərzində daha 144 nəfər koronavirusdan (COVID19) ölüb.

Yenicag.az-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Sadat Larinin sözlərinə görə, beləliklə indiyədək İranda bu virusdan ölənlərin sayı 10 508 nəfərə yüksəlib.

Sadat Lari əlavə edib ki, ötən 24 saat ərzində daha 2 489 nəfər koronavirusa yoluxub. Bununla da İranda bu virusa yoluxanların sayı 222 669 nəfərə çatıb.Virus daşıyıcılarından 2 946 nəfərin vəziyyəti ağırdır.

Nazirlik rəsmisi bildirib ki, indiyədək İranda 183 301 nəfər koronavirusdan sağalıb.

Sadat Lari Xuzistan, Kürdüstan, Qərbi Azərbaycan, Hörmüzqan və Kirmanşah vilayətlərində vəziyyətin ağır olduğunu deyib.

İranda koronavirusun diaqnozu ilə əlaqədar 1,61 milyondan çox test həyata keçirilib.

Loading...

www.yenicag.az

533
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100