!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranda daha 176 nəfər koronavirusun qurbanı oldu

!Reklam – Yazi

İranda ötən sutka ərzində 2 815 nəfər koronavirusa (COVID-19) yoluxub.

Yenicag.az-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, beləliklə İranda bu virusa yoluxanların sayı 413 149 nəfərə yüksəlib. Virus daşıyıcılarından 3 848 nəfərin vəziyyəti ağırdır.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 176 nəfər koronavirusdan ölüb. Bununla da İranda bu virusdan ölənlərin sayı 23 808 nəfərə çatıb.

Sadat Lari əlavə edib ki, İranda indiyədək 355 848 nəfər koronavirusdan sağalıb.

Sadat Lari qeyd edib ki, İranın Tehran, Mazandaran, Gilan, Qum, İsfahan, Rəzəvi Xorasanı, Şərqi Azərbaycan, Kirman, Şimali Xorasan, Simnan, Yəzd, Zəncan və Qəzvin vilayətləri qırmızı zonalar hesab olunurlar.

İranda indiyədək 3,66 milyondan çox diaqnoz testi həyata keçirilib.

www.yenicag.az

456
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv