İranda daha 2 364 nəfərdə COVİD-19 aşkarlandı

İranda son sutkada koronavirusa daha 2 364 nəfər yoluxub.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Kianuş Cahanpur bildirib.

Məlumata görə, bununla da ölkədə koronavirusa yoluxanların sayı 171 789 nəfərə çatıb. Ötən gün ölkədə COVID-19-dan daha 72 nəfər ölüb. Ölənlərin sayı 8 291 nəfərdir. Sağalanların sayı isə 134 349 nəfər olub.