İranda daha 230 nəfər koronavirusdan öldü

İranda ötən sutka ərzində 230 nəfər koronavirusdan ölüb.

Yenicag.az xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 27888 nəfərə çatıb.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 4392 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 488 236 nəfərə yüksəlib.

O əlavə edib ki, İranda indiyədək 399300 nəfər koronavirusdan sağalıb.