İranda daha 239 nəfər koronavirusdan öldü

İranda ötən sutka ərzində 239 nəfər koronavirusdan (COVID-19) ölüb.

Yenicag.az xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 27 658 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 4 019 nəfər koronavirusa yoluxub. İranda bu virusa yoluxanların sayı 483844 nəfərə yüksəlib.

O əlavə edib ki, İranda indiyədək 397 109 nəfər koronavirusdan sağalıb.