İranda daha 337 nəfər koronavirusdan öldü

İranda ötən sutka ərzində daha 337 nəfər koronavirusdan ölüb.

Yenicag.az xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 30712 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 4251 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 534631 nəfərə yüksəlib.

O əlavə edib ki, İranda indiyədək 431360 nəfər koronavirusdan sağalıb.

COP29