İranda daha 4 məhkum edam edildi

Martın 3-də Həmədan, Rəşt, Kirmanşah və Zahidan şəhərlərinin həbsxanalarında 4 məhkum edam edilib.

Yenicag.az xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.

Məlumata görə, məhkumlardan üçü narkotik maddələrin ticarətinə, biri isə cinayət törətdiyinə görə edam cəzasına məhkum edilib.