İranda daha bir vəzifəli şəxs virusa yoluxdu

İranda daha bir vitse-prezidenti yeni növ koronavirusa yoluxub.

Yenicag.az xəbər verir ki, İranın hökumət rəsmisi ailəsi ilə birgə evdə karantin altındadır.

Ölkənin sənaye, mədən və ticarət naziri Rza Rəhmani, səhiyyə nazirinin müavini İrəç Hərirçi, vitse-prezident Məsumə Ebtekar və sabiq ədliyyə naziri Mustafa Purməhəmmədi də daxil olmaqla 23 deputat koronavirusa yoluxub.