!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranda dəhşət - Yüz minlərlə cücə diri-diri basdırıldı - VİDEO

!Reklam – Yazi

İranda yüz minlərlə cücə diri-diri basdırılıb.

Yenicag.az xəbər verir ki, buna səbəb olaraq yeni növ koronavirusun (Covid-19) yayılmasından sonra bu ölkədə toyuq ətinə tələbat azalması göstərilir.

Yayılan görüntülərdə yük maşınına yığılan çox sayda cücənin boş bir əraziyə aparılaraq məhv edildiyi görünür. Cücələrin bu cür öldürülməsi etiraza səbəb olub.

Bir Günlük Toyuq İstehsalçıları Birliyi sabaha qədər ölkədəki bütün cücələrinnbu cür məhv ediləcəyini açıqlayıb.

Məsələ ilə bağlı açıqlama verən İranın Kənd Təsərrüfatı nazirinin müavini Mürtəza Rzayi yeni tip koronavirusa görə toyuq əti satışının azaldığını bildirib:

“Buna görə cücə istehsalına məhdudiyyət qoyulub. Çox təəssüf ki, bazarda toyuq ətinin qiymətinin ucuzlaşmasına görə cücə istehsalı ilə məşğul olanlar artıq cücələri məhv etmək məcburiyyətində qalırlar. Cücələrin məhv edilməsi dünyada quşçuluq sənayesində təbii proses sayılır”.

Ətraf Mühitin Mühafizəsi Agentliyinin Tehran Baş direktoru Səid Səid Mahmudi isə məsələ ilə bağlı verdiyi açıqlamasında “Digər toyuq istehsalçılarının da bu üsula əl atması halında onlara qarşı ən sərt tədbirlər görüləcək!” sözlərini deyib.

 

www.yenicag.az

1558
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv