İranda DƏHŞƏTLİ ZƏLZƏLƏ: 580-dən çox şəxs yaralandı, 550 evə ziyan dəydi

İranın Qərbi Azərbaycan vilayətində yerləşən Xoy şəhərində baş verən zəlzələdə xəsarət alanların sayı 582 nəfərə çatıb.

Yenicag.az xəbər verir ki, zəlzələ nəticəsində 12 kəndə ziyan dəyib, 50 ev tamamilə dağılıb, 500 mənzilə isə 20-60 faiz ziyan dəyib.

İranın Fövqəladə Hallar Təşkilatının sədri Məhəmməd Həsən Nami bildirib ki, yaralanan 135 nəfər xəstəxanaya yatırılıb və 5 nəfər əməliyyat olunub.

Qeyd edək ki, oktyabrın 5-də yerli vaxtla saat 04:21-də Naxçıvan stansiyasından 80 km cənub-qərbdə İran ərazisində 5,9 maqnitudalı zəlzələ olub. Zəlzələ Naxçıvan Muxtar Respublikasında 5,3 bala qədər hiss olunub.