!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

İranda etiraz aksiyaları - Bir şəhərdə 16 nəfər öldürüldü

!Reklam – Yazi

İranın Sistan və Bəlucistan əyalətinin Haş şəhərində dünən cümə namazından sonra baş verən aksiyalarda ən azı 16 nəfər həyatını itirib, onlarla insan yaralanıb.

Yenicag.az xəbər verir ki, bu barədə Zahidan şəhərinin sünni din xadimi İmam Molevi Əbdülhəmid Haş şəhərində baş verənlərlə bağlı “Telegram” hesabında məlumat yayıb.

O, bildirib ki, gənclərin etiraz aksiyasına qarşı hüquq mühafizə orqanları güllə ilə cavab verib:

“Bir neçə gənc Haş Rayon Qubernatorluğunun qarşısına toplaşaraq şüarlar səsləndirib və daşlar atıblar. Bunun müqabilində güllələrə tuş gəliblər. Sistan və Bəlucistanda etirazçılara münasibətin ölkənin digər bölgələrindən niyə fərqləndiyi və bu vilayətin etirazçılarının niyə vəhşicəsinə öldürüldüyü hələ də aydın deyil”.

Qeyd edək ki, İranda hər gün etiraz aksiyalarında etirazçılar öldürülür.

www.yenicag.az

185
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv