İranda etiraz dalğası böyüyür

Cümə günündən etibarən paytaxt Tehran da daxil olmaqla İranın 12 şəhərində etiraz aksiyaları keçirilir.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, küçələrə toplaşan əhali sosial tələblər irəli sürür, bahalıqdan şikayətlənirlər. İlk olaraq ölkənin ikinci böyük şəhəri Məşəddə başlayan etiraz dalğası sürətlə digər şəhərlərə də yayılır. Təbriz, Rəşt, İsfahan, Həmədan, Kirmanşah, Tehran kimi iri şəhərlərdə əhali meydanlara axışaraq “Ya ölüm, ya azadlıq”, “Fələstini yox, bizi düşün” kimi şüarlar səsləndirir.

Qeyd edək ki, İrandakı etirazlar bütün dünyada, xüsusilə də ABŞ-da böyük maraqla izlənir.