İranda güclü partlayış – Ölənlər var

İranda oksigen zavodunda güclü partlayış olub.

Yenicag.az xəbər verir ki, partlayış Xuzistan əyalətinin mərkəzi Əhvaz şəhərində qeydə alınıb.

Məlumata görə, partlayışdan sonra yanğın başlayıb. Hadisə nəticəsində azı 4 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Gecə saatlarında baş vermiş partlayışın ilkin səbəbi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır./Modern.az/