İranın Xuzistan vilayətində 4,9 bal gücündə zəlzələ qeydə alınıb.
Yenicag.az-ın məlumatına görə, zəlzələ oktybarın 29-u yerli vaxtla saat 20:50-də baş verib.
Məlumata əsasən, yeraltı təkanlarının ocağı 20 km dərinlikdə yerləşib.
Zəlzələnin episentri İzeh rayonundan 22 kilometr məsafədə olub.
İnsan itkisi haqda məlumat verilməyib.