İranda güclü zəlzələ oldu

İranda 4,8 bal gücündə zəlzələ baş verib.

Yenicag.az  “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələ yerli vaxtla saat 11-də İranın cənubunda yerləşən Hörmüzqan vilayətinin Fin rayonunda, 21 km dərinlikdə qeydə alınıb.

Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.

COP29