İranda güclü zəlzələ oldu

İranın İraq ilə sərhədyanı bölgəsində – Kirmanşah vilayəti ərazisində 4,7 bal gücündə zəlzələ baş verib.

Yenicag.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların ocağı 60 km dərinlikdə, Sərpol Zəhab şəhərindən 22 km məsafədə qeydə alınıb.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.