İranda güclü zəlzələ: Ölənlər var

İranın İraqla sərhədi yaxınlığında 6,1 maqnituda gücündə zəlzələ baş verib.

Yenicag.az xəbər verir ki, yeraltı təkanlar Kirmanşah şəhərinin 87,8 km-də qeydə alınıb.

Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib. Zəlzələ nəticəsində azı 3 nəfər ölüb. Təbii hadisə zamanı daha 310 nəfər xəsarət alıb.

Zəlzələ səbəbindən Kermanşah vilayətinin 8 kəndi elektrik enerjisindən məhrum olub.

COP29