İranda 5,3 bal gücündə zəlzələ baş verib.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, yeraltı təkanlar Kirmanşah vilayətində qeydə alınıb.
Zəlzələ zamanı azı 23 nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, 5,3 bal gücə malik zəlzələ İran-İraq sərhədində qeydə alınıb. Zəlzələnin episentri İranın İlam şəhərindən 89 kilometr şimal-qərbdə, Sarpol-e-Zahabidən 25 kilometr cənubda və İraqın paytaxtı Bağdaddan 163 kilometr şimal-şərqdə yerləşib. Zəlzələ ocağı 10 kilometr dərinlikdə olub.