Molla rejimi tətbiq etdiyi şəriət normalarını pozanlara qarşı mübarizəni gücləndirib.
Yenicag.az Unikal-a istinadən xəbər verir ki, artıq ölkədə küçə müşahidə kameralarının köməyi ilə hicab taxmaqdan imtina edən qadınların “üəyyən ediblərək cəzalandırılmasına başlanılıb.
Bundan əvvəl vitse-polis qaydalara riayət olunmasına nəzarət edirdi, lakin o, etirazlardan sonra ləğv edildi. İran polisi açıqlamasında bildirib ki, yeni tədbir hicab qanununa müxalifətin qarşısını almaq məqsədi daşıyır: “Qanun pozuntusu aşkar edilərsə, qadınlara SMS göndəriləcək”.
Daxili İşlər Nazirliyi həmçinin sahibkarları öz ərazilərində qadınların müsəlman normalarına riayət etmələrinə nəzarət etməyə və yoxlamalar aparmağa çağırıb