İranda iki erməni deputat seçildi

iran-election_t614İranda keçirilən parlament seçkilərində iştirak edən dörd erməni namizəddən ikisi deputat seçilib.

AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, İran parlamentinə şimal seçki dairəsindən Karen Xanlaryan və cənub seçki dairəsindən Kork Abramyan deputat seçilib.

Qeyd edək ki, ötən gün İranda Dini Ekspertlər Şurası Məclisi və parlamentə keçirilən seçkilərdə səsvermənin müddəti 5 dəfə uzadılıb. Səsvermə yerli vaxtla saat 8.00-da başlayıb, 18.00-da başa çatmalı idi, ancaq səsvermənin vaxtı 5 dəfə uzadılaraq, 23.45-də başa çatıb.

Səsvermənin müddəti uzadıldığından, bu gün – fevralın 27-də ölkə üzrə məktəblər bir günlüyə bağlanıb.

İlkin hesablamalara əsasən, səsvermədə seçicilərin 70 faizi iştirak edib.

Tehran və İranın böyük şəhərlərində seçkinin nəticələri hələ açıqlanmasa da, başqa bölgələrdən əldə edilən məlumatlara əsasən, mühafizəkarlar, sərt xətçilər öndədir.

Qeyd edək ki, 6 220 nəfər deputatlığa namizəd qeydə alınmışdı.