İranda iki qatar toqquşdu: Ölən və yaraılar var

tehran-mashhad-train-derailment1İranın şimalında iki sərnişin qatarı toqquşub.

AzVision.az “Press TV”-yə istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər ölüb, 11 nəfər yaralanıb.

Qəza Siman əyalətinin Şahrud şəhərinin Xaf-xan stansiyası yaxınlığında baş verib.

Bölgəyə güclü qar yağdığından yollar bağlanıb. Hadisə nəticəsində ölən və yaralananların sayının artacağı gözlənilir.