Etiraz aksiyaları ilə çalxalanan İranda ibtidai siniflərdə ingilis dili qadağan edildi. Qərar ali dini rəhbər Xamaneinin ingilis dilinin tədrisini “Qərbin mədəni işğalı” olaraq, elan etməsindən sonra verildi.
Yenicag.az xəbər verir ki, İran Yüksək Təhsil Şurasının başqanı Mehdi Navid Adham “Dövlət və özəl ibtidai məktəblərdə ingilis dilinin tədrisi qanuna ziddir” deyərək, bunun qadağan ediləcəyini bildirdi: “Məktəblilər ilk öncə İran mədəniyyətinin təməllərini öyrənməlidirlər”.
İranda ingilis dilində təhsil əsasən orta məktəblərdə, yəni 12-14 yaş arasında başlayır. Ancaq bəzi məktəblərin ibtidai siniflərində də ingilis dili tədris edilir.