İranda baş verən aksiyalarda ölənlərin sayı ilə bağlı məlumatlar yayılıb.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, “Reuters” İran Daxili İşlər Nazirliyində çalışan 3 vəzifəli şəxsdən aldığı məlumatları yayımlayıb. Məlumatlara görə, noyabrın ortalarından başlayan hadisələr nəticəsində ümumilikdə 1500 nəfərdən çox insan ölüb. Ölənlərin arasında yaşı 18-dən az olan 17-yə yaxın yeniyetmə və 400-ə qədər qadın olduğu bildirilib.
Qeyd edək ki, məlumatda həmçinin, Ayətullah Əli Xamaneyin aksiyalarla bağlı birbaşa əmr verdiyi vurğulanıb.