Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İranda kömür şaxtasında baş vermiş partlayışda 21 nəfər həlak olub

İranda kömür şaxtasında partlayış baş verib.

Yeniçağ.Az-ın “Report”a istinadən verdiyi məlumatına görə, bu barədə “Reuters” xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə ölkənin şimalında – Gülüstan vilayətində, Azadşəhr şəhəri yaxınlığında qeydə alınıb.

Ölkənin Təcili Yardım Xidmətinin rəhbəri Pir Hüseyn Kulivand bundan əvvəl bildirib ki, dağıntılar altında 90 nəfər var. O, həmçinin əlavə edib ki, xəstəxanaya 28 yaralı çatdırılıb.

Hadisə zamanı 21 nəfər həlak olub. İnsidentin təfərrüatları araşdırılır.

Yeniçağ.Az

www.yenicag.az

259