İranda daha 134 nəfər koronavirusun qurbanı olub.
Yenicag.az IRNA-ya istinadən xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur məlumat verib.
Məlumata görə, 2 715 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 53 183 nəfərə çatıb. Daha 17 935 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan buraxılıblar. İnfeksiyadan ölənlərin sayı 3 294 nəfərə çatıb.
Eyni zamanda İran Səhiyyə Nazirliyinin sözçüsü 4 035 pasiyentin vəziyyətinin ağır olduğunu söyləyib.