İranda son sutkada 2 472 nəfər koronavirusa yoluxub, 107 nəfər ölüb.
Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, İranda indiyədək koronavirusa 187 427 nəfər yoluxub, onlardan 148 674-ü sağalıb. Son məlumata görə, mülaicə alan 8 837xəstənin həyatını xilas etmək mümkün olmayıb.