İranda koronavirus HƏYƏCANI: Yeddi sərhəd buraxılış məntəqəsi bağlandı

İran koronavirusla bağlı yoluxma sayındakı artımın davam etdiyi bir vaxtda yeni mutasiyaların yayılmasının qarşısını almaq məqsədilə İraqla yeddi sərhəd buraxılış məntəqəsini bağlayıb.

Yenicag.az IRNA-ya istinadla xəbər verir ki, Kirmanşah vilayətinin Koronavirusla Mübarizə Mərkəzinin sözçüsü Məsud Bəhramnejad bölgədə mutasiyaların aşkarlanmadığını, bu addımın qabaqlayıcı tədbir kimi görüldüyünü qeyd edib.