İranda koronavirusa yoluxanların sayı 230 mini ötdü

İranda son sutka ərzində yeni növ koronavirusa daha 2 549 nəfər yoluxub.

Yenicag.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İranda koronavirusa yoluxanların sayı 230 211 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusdan 141 nəfər vəfat edib. Ölənlərin sayı 10 958 nəfərdir.