Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İranda koronavirusa yoluxanların sayı 270 mini ötdü

İranda ötən sutka ərzində daha 2166 nəfər koronavirusa yoluxub.

Yenicag.az xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Onun sözlərinə görə, virusa yoluxanların sayı 271 606 nəfərə çatıb. Onlardan 3 529 nəfərin vəziyyəti ağırdır. Ötən 24 saat ərzində İranda daha 188 nəfər koronavirusdan ölüb. Beləliklə İranda bu virusdan ölənlərin sayı 13 979 nəfərə yüksəlib.

Nazirlik rəsmisi bildirib ki, indiyədək İranda 223 300 nəfər koronavirusdan sağalıb.

İranda koronavirusun diaqnozu ilə əlaqədar 2,12 milyondan çox test həyata keçirilib.

Loading...

www.yenicag.az

421
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100