İranda koronavirusa yoluxanların sayı 298 min nəfəri ötdü

İranda daha 196 nəfər koronavirusdan dünyasını dəyişib.

Yenicag.az xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Sima Sadat Lari bildirib.

Onun sözlərinə görə, son 24 saatda ölkədə 2 636 yeni yoluxma faktı qeydə alınıb.

Beləliklə, İranda qeydə alınmış yoluxma hallarının sayı 298 909-a yüksəlib. Onlardan 16 343 nəfəri ölüb, 259 116 nəfəri sağalıb.