!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranda koronavirusa yoluxanların sayı artdı

!Reklam – Yazi

İranda ötən sutka ərzində 2 705 nəfər koronavirusa (COVİD-19) yoluxub.

Yenicag.az xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, beləliklə İranda bu virusa yoluxanların sayı 407 353 nəfərə yüksəlib. Virus daşıyıcılarından 3 811 nəfərin vəziyyəti ağırdır. İranda ötən 24 saat ərzində 140 nəfər koronavirusda ölüb. Bununla da İranda bu virusdan ölənlərin sayı 23 453 nəfərə çatıb.

Sadat Lari əlavə edib ki, İranda indiyədək 349 984 nəfər koronavirusdan sağalıb.

Nazirlik rəsmisi qeyd edib ki, İranın Tehran, Mazandaran, Gilan, Qum, İsfahan, Rəzəvi Xorasanı, Şərqi Azərbaycan, Kirman, Şimali Xorasan, Simnan, Yəzd, Zəncan və Qəzvin vilayətləri qırmızı zonalar hesab olunurlar.

İranda indiyədək 3,61 milyondan çox diaqnoz testi həyata keçirilib.

www.yenicag.az

452
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv